Badamdarda sürüşmə prosesinin aktivliyi davam edir - Çatlar genişlənib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar–20-ci sahədə mütəmadi müşahidə və monitorinq işləri aparılır.
“TV1” xəbər verir ki, bu barədə ETSN-dən məlumat verilib.
Bildirilib ki, son monitorinqlər zamanı ərazidə sürüşmə prosesinin aktivliyinin davam etdiyi və mövcud çatlarda genişlənmənin baş verdiyi müəyyən edilib.
Ərazidəki vəziyyət mütəxəssislər tərəfindən nəzarətdə saxlanılır.








