Nazir: Azərbaycan Gürcüstan iqtisadiyyatına 4 milyard dollar investisiya yatırıb

media-ads_728_90

Ölkələrimiz arasında ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bu ilin ilk 9 ayında Azərbaycanla Gürcüstan arasında ticarət dövriyyəsi 900 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin ümumi göstəricisini üstələyir.

“TV1” xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 4 milyard ABŞ dolları təşkil edir. Bu məbləğin 2,1 milyard dolları SOCAR-ın payına düşür. Eyni zamanda, Gürcüstanın Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 460 milyon dollar təşkil edir.

“Dünyada baş verən proseslər və mövcud problemlər Azərbaycan-Gürcüstan nəqliyyat-logistika dəhlizlərinə marağı daha da artırıb. Biz hər il bu dəhlizlər vasitəsilə daşınan yüklərin həcmində artım müşahidə edirik”, – deyə Ceyhun Bayramov əlavə edib.

media-ads_728_90
Paylaş