Türkiyədə helikopter qəzaya uğrayıb - 5 hərbçi həlak olub

media-ads_728_90

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopterin qəzaya uğraması nəticəsində beş hərbçi həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlim məqsədilə Eskişehirdən havaya qalxan helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində beş hərbçi həyatını itirib.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “AS-532” tipli helikopter təlim uçuşu zamanı qəzaya uğrayıb. Helikopterin qalıqları aşkarlanıb, axtarış-xilasetmə işləri davam etdirilir.

media-ads_728_90
Paylaş