Çempionlar Liqası: “Sabah” Bakıda “Barselona”ya məğlub olub - YENİLƏNİB 1
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” və “Barselona” (İspaniya) komandaları arasındakı V tur oyunu başa çatıb.
“TV1” xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma Kataloniya klubunun 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 31-ci dəqiqədə Entoni Qordon açıb. O, 51-ci dəqiqədə dubl edib.
55-ci dəqiqədə Kərim Adeyemi üçüncü qolu vurub. 60-ci dəqiqədə Qabriel Jezus adını tabloya yazdırıb.
63-ci dəqiqədə “Sabah”ın heyətində Coy Lens Mikels fərqi azaldıb.
Hazırda “Barselona” 12 xalla dördüncü pillədə qərarlaşıb.
Azərbaycan təmsilçisi isə 3 xalla 32-ci sıradadır.
22:30
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” və “Barselona” (İspaniya) komandaları arasındakı V tur oyununda ilk hissə başa çatıb.
“TV1” xəbər verir ki, Kataloniya klubu Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın fasiləsinə 1:0 hesablı üstünlüklə yollanıb.
Görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edir.
21:45
UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Sabah” və “Barselona” (İspaniya) komandaları arasında V tur oyunu başlayıb.
“TV1” xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma saat 21:45-də start götürüb.
Görüşü şotlandiyalı FIFA referisi Nikolas Uolş idarə edir.








