Avropa çempionatı: Şahmat millimiz ikinci pilləyə yüksəlib

media-ads_728_90

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ikinci pilləyə yüksəlib.

“TV1” xəbər verir ki, yığmamız VII turda Macarıstana qalib gəlib.

Qarşılaşma komandamızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Milli hazırda 11 xalla ikincidir. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərlidən ibarət kollektiv daha əvvəl Slovakiya (3:1), Polşa (2.5:1.5) və Ermənistanı (2.5:1.5) məğlub edib, Çexiya (2:2), Niderland (2:2) və Yunanıstanla (2:2) bərabərə qalıb.

Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevanın heyətində yer aldığı qadınlardan ibarət komanda isə meydan sahiblərinə uduzub – 1,5:2.5. Yığma daha əvvəl Sloveniya (4:0), Macarıstan (2.5:1.5) və Ermənistana (3:1) qalib gəlib. Fransa və Yunanıstanla (hər ikisi 2:2) heç-heçə edən kollektiv Almaniyaya məğlub olub – 1.5:2.5. Qadın millimiz hazırda 8 xalla 10-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.

media-ads_728_90
Paylaş