Bakıda Təchizat Zənciri Liderləri Zirvəsi və Beynəlxalq Pərakəndə Forumu keçiriləcək

media-ads_728_90

Dekabrın 8-də Bakı Konqres Mərkəzində “Dialoq. Gələcək. İqtisadiyyat” konsept mesajı ilə Təchizat Zənciri Liderləri Zirvəsi və Beynəlxalq Pərakəndə Forumu birgə format çərçivəsində keçiriləcək.

“TV1” xəbər verir ki, tədbir dövlət qurumlarını, yerli və beynəlxalq biznes nümayəndələrini, sahə assosiasiyalarını və ekspertləri bir araya gətirəcək.

Tədbirin təşkilatçıları “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi, Facemark və Admedia şirkətləridir.

Tədbirin əsas hədəf auditoriyasına dövlət qurumları, qida və qeyri-qida pərakəndə şəbəkələri, yerli istehsalçılar və fermer təsərrüfatları, təchizatçılar, distribütorlar və idxalçılar, satınalma və təchizat zənciri üzrə rəhbər və mütəxəssislər, logistika, nəqliyyat və anbar şirkətləri, texnologiya və rəqəmsal həll təminatçıları, maliyyə institutları, biznes və sahə assosiasiyaları, eləcə də beynəlxalq tərəfdaşlar daxildir.

Tədbir çərçivəsində gün ərzində iki zalda beş panel müzakirəsi təşkil olunacaq. Müzakirələr aşağıdakı mövzuları əhatə edəcək:

– Dövlət-biznes dialoqu

– Beynəlxalq təcrübə

– Dövlət satınalmalarında şəffaflıq

– Pərakəndə ticarətin strateji əhəmiyyəti və mövcud çağırışları

– Təchizat zəncirində rəqəmsal transformasiya və innovasiyalar

Tədbir təchizat zəncirinin və pərakəndə sektorun inkişafı üçün dövlət və biznes arasında açıq dialoqun qurulmasını, beynəlxalq təcrübənin Azərbaycan bazarına tətbiqini, dövlət satınalmalarında şəffaflığın artırılmasını və sahədə rəqəmsal transformasiyanın sürətləndirilməsini hədəfləyir.

8 dekabr, Bakı Konqres Mərkəzi. Qeydiyyat saat 09:00-da başlayacaq, rəsmi açılış saat 10:00dadır.

Qeydiyyat və əlavə məlumat: https://facemark.az

media-ads_728_90
Paylaş