Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi finala vəsiqə qazanıb
Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Arseni Cioyev finala vəsiqə qazanıb.
“TV1” xəbər verir ki, 86 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda gürcüstanlı Vladimir Qamkrelidzeyə 9:1 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə ABŞ təmsilçisi Kayl Deyklə qarşılaşacaq.
125 kiloqram çəki dərəcəsində mübarizə apartan Giorgi Meşvildişvili isə yarımfinalda rusiyalı Abdulla Kurbanova məğlub olub – 0:5. O, bürünc medal uğrunda güləşəcək.
Qeyd edək ki, hələlik Azərbaycanın aktivində 3 medal var. Yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kiloqram) və Sənan Süleymanov (77 kiloqram) dünya çempionu olublar, Nihat Məmmədli (63 kiloqram) isə gümüş mükafata sahib çıxıb.
Dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.








