Bakıda kafedə baş verən insidentlə bağlı deputat Arzuxan Əli-zadənin oğlu və daha 5 nəfər həbs edilib
Deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə həbs edilib.
“TV1” xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.
Qərara əsasən, Əhməd Əli-zadə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Əhməd Əli-zadəyə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb.
xxx
Bakıda kütləvi davada iştirak etməkdə təqsirləndirilən beş nəfər barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xətai Rayon Məhkəməsində Kamran Səttar oğlu Əfəndiyev, Mikayıl Vəli oğlu İsmayılov, Ramil Zahir oğlu Dadaşov, Eldar Faiq oğlu Eldarov və Həsən Mehman oğlu Zülfiqarov barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətlər təmin edilib.
Kamran Əfəndiyev, Mikayıl İsmayılov, Ramil Dadaşov və Həsən Zülfiqarovun həbsdə saxlanılma müddətinin əvvəli 2026-cı il oktyabrın 23-dən, Eldar Eldarovun isə oktyabrın 24-dən hesablanıb.
Adları çəkilən şəxslər Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, habelə 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunublar.
Sözügedən hadisə oktyabrın 23-ü Bakının Xətai rayonunun General Şıxlinski küçəsində yerləşən “Ab-Hava” kafesində baş verib. Kütləvi dava zamanı bir nəfər bıçaq xəsarətindən həyatını itirib. Davada deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də iştirak edib.
Qeyd edək ki, deputat Arzuxan Əli-zadənin digər oğlu Xətai Rayon Məhkəməsində hakimdir.








