Bakının bu ərazilərində QAZ OLMAYACAQ
Xəzər rayonu, Mərdəkan qəsəbəsində qaz verilişində məhdudiyyət olacaq.
“TV1” xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, qaz xətlərinin yerinin dəyişdirilməsi məqsədi ilə 22 iyul saat 10:00-dan etibarən işlər bitənədək qaz təchizatı dayandırılacaq:
“Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonu, Stansiya Qala yaşayış massivi, Daxili Qoşunların ətraf hissəsində və SOCAR Nəqliyyat İdarəsi, Maşınqayırma zavodunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq”.