Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 11-də Türkmənistana işgüzar səfərə gedib.
“TV1” xəbər verir ki, Nazirlər Kabinetindən verilən məlumata görə, Aşqabad Beynəlxalq Aeroportunda Baş nazir Ə.Əsədovu Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Mammetxan Çakıyev və digər rəsmi şəxslər qarşılayıblar.








