media-1200x100

Bayden orduya nüvə münaqişəsinə hazırlaşmağı əmr edib

media-ads_728_90

Prezident Co Bayden ABŞ ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün koordinəli nüvə münaqişələrinə hazırlaşmağı tapşırıb.

“TV1” xəbər verir ki, belə bir iddia ilə “New York Times“ (NYT) qəzeti çıxış edib.

“New York Times“ (NYT) qəzeti mart ayında təsdiqlənmiş məxfi sənədin məzmununda ABŞ prezidenti Co Baydenin yenidən Çin təhlükəsinə diqqət yetirən gizli nüvə strategiyasını təsdiqlədiyini iddia edib.

Xəbərdə Baydenin mart ayında ABŞ-ın çəkindirmə strategiyasını ilk dəfə olaraq Çinin nüvə texnologiyalarının və silahlarının sürətlə genişlənməsinə diqqət yetirmək üçün yenidən təşkil etdiyi bildirilir.

Xəbərdə həmçinin ABŞ prezidentinin orduya mümkün vəziyyətdə Rusiya, Çin və Şimali Koreya ilə koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmağı tapşırdığı iddia edilir.

media-ads_728_90
Paylaş