Belarus Baş naziri Azərbaycana gəlir

media-ads_728_90

Belarusun Baş naziri Aleksandr Turçin Azərbaycana rəsmi səfərə gəlir.

“TV1” xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Səfər zamanı A.Turçinin bir sıra rəsmi görüşlər keçirəcəyi bildirilir.

Belarusun Baş naziri həmçinin Belarus-Azərbaycan biznes forumunda iştirak edəcək. Burada bir sıra müqavilələrin imzalanması planlaşdırılır.

O, həmçinin Bakıda bir sıra obyektləri, o cümlədən “Belaruski” ticarət şəbəkəsinin Belarus ərzaq malları mağazasını, “Vertus Engineering Co.” MMC-də birgə lift yığımı müəssisəsində və Fövqəladə Hallar Nazirliyinin bölməsində olacaq.

 

media-ads_728_90
Paylaş