media-1200x100

Blinken Qəzza danışıqlarının hazırkı raundunu “son şans” adlandırıb

media-ads_728_90

ABŞ-ın dövlət katibi Antoni Blinken Qəzza zolağı üzrə danışıqların hazırkı raundunu girovların qaytarılması və anklavda atəşkəsə nail olmaq üçün “son şans” adlandırıb.

“TV1” xəbər verir ki, Blinken bu fikri Qüdsdə İsrail prezidenti İsaak Hersoqla görüşdə səsləndirib.

Bildirilir ki, Amerikanın dövlət katibi ötən gecə İsrailə gəlib və avqustun 19-da Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantla da görüşəcək.

Xatırladaq ki, avqustun 15-də Dohada Qəzza zolağında atəşkəsə nail olmaq və HƏMAS-ın əlindəki girovların azad edilməsi məqsədilə danışıqların yeni mərhələsi başlayıb. Vasitəçilərin – Misir, Qətər və ABŞ-ın birgə bəyanatında qeyd olunub ki, danışıqlar “müsbət atmosferdə” keçib. Tərəflər növbəti görüşün bu həftənin sonunadək Qahirədə keçirilməsi barədə razılığa gəliblər.

Danışıqlara öz nümayəndələrini göndərməyən HƏMAS hərəkatı isə Doha görüşünün nəticələrindən narazı qaldığını bildirib.

media-ads_728_90
Paylaş