BMT: Qəzzadan 213 min nəfər təxliyə edilib
İsrailin Qəzzadakı hərbi əməliyyatları nəticəsində indiyədək oradan 213 min nəfər təxliyə edilib.
“TV1” xəbər verir ki, bu barədə hesabat BMT-nin Fələstinlə Əlaqəli Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin saytında yer alıb.
Qurumun məlumatına görə, hazırda regionda hər kvadrat kilometrə 34 minə yaxın sakin düşür.
Qeyd edək ki, regionda vəziyyət 2023-cü il oktyabrın 7-dən gərginləşib. HAMAS silahlılarının Qəzzanın İsrailin nəzarətindəki ərazilərinə hücumu nəticəsində 240 nəfər girov götürülüb.
2023-cü il noyabrın sonunda Misir və Qətərin vasitəçiliyi ilə elan olunan humanitar atəşkəs bir həftə davam edib. Bu müddətdə 110 nəfər girovun azad edilməsinə nail olunub.