Çempionlar liqasında növbəti finalçı "PSJ" oldu
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “PSJ” “Bavariya”nın qonağı olub.
“TV1” xəbər verir ki, “Alyans Arena” da baş tutan qarşılaşmada 1:1 hesablı bərabərlik qeydə alınıb.
Qonaqlar 3-cü dəqiqədə Usman Dembelenin qolu ilə matça erkən qolla başlayıb.
Oyunun 90+4-cü dəqiqəsində Harri Keynin qolu ilə hesab bərabərləşib.
Ümumi hesabda 6:4 hesabı ilə öndə olan “PSJ” adını finala yazdırıb.
Qeyd edək ki,final qarşılaşması mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq.








