media-1200x100

“Crocus City Hall”da terror aktı törədənlərin həbs müddəti uzadılıb

media-ads_728_90

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall” konsert zalında törədilən terror aktı ilə bağlı işdə iştirak edənlərin həbs müddətini uzadıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiya KİV-i məhkəmənin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə Ş.Qadoyev, Z.A.İsmoilov, M.A.Soliyev, U.A.Soliyev, X.Ə.Xamidov həbs müddətini dekabrın 1-dək uzadılıb”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Terrorda 144 nəfər həlak olub, 551 nəfər isə yaralanıb. Eyni zamanda, 95 nəfər itkin düşmüş sayılır.

media-ads_728_90
Paylaş