"Formula 2": Bakıda sərbəst yürüş başlayıb
Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-prisində sərbəst yürüş başlayıb.
“TV1” xəbər verir ki, mübarizəyə saat 10:00-da start verilib.
Bu gün ikinci dərəcəli pilotların yarışında sıralama turu da gerçəkləşəcək.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.