Hindistan şirkəti AÇG və BTC layihələrində “Equinor”dan PAY ALIB
Hindistanın “ONGC Videsh Limited” şirkəti Norveçin “Equinor” şirkəti ilə “Azəri-Çıraq-Günəşli” layihəsində 0,615 % payın alqı-satqısı və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatoru olan “BTC Co” şirkətində 0,737 % payın alınması haqqında yekun saziş imzalayıb.
Bu barədə “TV1” Hindistan şirkətinin rəsmi açıqlamasına istinadən xəbər verir.
Açıqlamada qeyd edilib ki, sözügedən layihələrdə payların alınmasına ümumilikdə 60 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq.