media-1200x100

İranın yeni prezidenti ilk xarici səfərini İraqa edəcək

media-ads_728_90

Məsud Pezeşkianın İranın Prezidenti seçiləndən sonra səfər edəcəyi ilk ölkə məlum olub.

“TV1” xəbər verir ki, Məsud Pezeşkian İran Prezidenti vəzifəsinə təsdiq olunduqdan sonra ilk xarici səfərinin istiqaməti kimi İraqı seçib.

Məlumata görə, Məsud Pezeşkian bu səfəri iraqlı həmkarı Əbdüllətif Camal Rəşidinin dəvətinə cavab olaraq və BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahına yollanmazdan öncə həyata keçirəcək.

media-ads_728_90
Paylaş