media-1200x100

Putin Bakıda Pavel Durovla görüşməyib – Kreml

media-ads_728_90

“Rusiya Prezidenti Vladimir Putin Bakıya son səfəri zamanı Teleqramın yaradıcısı Pavel Durovla görüşməyib”.

“TV1” xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü Durovun Fransada həbs olunmasına da münasibət bildirib.

Peskov Durovun həbsini indi şərh etməyi düzgün hesab etməyib:

“Durovun konkret nədə ittiham olunduğunu hələ bilmirik. Hələlik bu məsələ ilə bağlı heç bir rəsmi açıqlama eşitməmişik, nəsə deməzdən əvvəl Durovu konkret nə ilə ittiham etməyə çalışdıqlarına dair vəziyyətin aydınlaşdırılmasını gözləməliyik. Bunsuz açıqlama vermək düzgün olmazdı”.

“Putin Bakıda olanda Durovla görüşü olubmu?”, – sualına isə o, “xeyr” deyə cavab verib.

media-putin_pavel

media-ads_728_90
Paylaş