media-1200x100

Misir prezidenti Türkiyəyə səfər edəcək – İLK DƏFƏ

media-ads_728_90

Misir prezidenti Əbdülfəttah Əs-Sisinin sentyabrın 4-də Türkiyəyə səfər edəcəyi gözlənilir.

“TV1” xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Məlumata görə, dövlət başçıları Türkiyə-Misir Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasına rəhbərlik edəcəklər.

İki ölkə liderinin Yaxın Şərqdə, o cümlədən Qəzzadakı durumu müzakirə edəcəkləri gözlənilir. Tərəflər arasında bir çox sahədə sənədlərin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, bu, Əbdülfəttah Əs-Sisinin prezident kimi Türkiyəyə ilk səfəridir.

media-ads_728_90
Paylaş