Moldova prezidenti COVID-19-a yoluxub
Moldova prezidenti Maya Sandu koronavirusa yoluxub.
“TV1” xəbər verir ki, bu barədə prezident administrasiyasının rəhbəri Adrian Balutel teleqram kanalında məlumat verib.
Bildirilib ki, koronavirusa yoluxduğuna görə Sandu Respublikanın Müstəqillik Gününə həsr olunmuş tədbirlərdə iştirak edə bilməyəcək.
“O, özünü hazırda yaxşı hiss edir və bir müddət evdən işləyəcək”,- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, Moldovada Müstəqillik Günü avqustun 27-də qeyd olunur və üç günlük bayram tədbirləri ilə müşayiət olunacaq.