media-1200x100

Moskva və Kiyev arasında əsir mübadiləsi olub

media-ads_728_90

Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 115 rusiyalı hərbçi Rusiyaya, 115 ukraynalı hərbi əsir isə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib.

“TV1” xəbər verir ki, bu barədə Rusiya KİV-i ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, əsir mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin vasitəçilik səyləri ilə həyata keçirilib.

media-ads_728_90
Paylaş