media-1200x100

Ölkəmiz COP29-da "yaşıl" taksonomiyanı birləşdirən layihə təqdim edəcək

media-ads_728_90

Azərbaycan Mərkəzi Bankı (AMB) dayanıqlı inkişaf üzrə “Yol Xəritəsi”ni həyata keçirir və tənzimləyici kimi “yaşıl” kreditləşməni stimullaşdırmağa və iqlim dəyişiklikləri ilə bağlı riskləri minimuma endirməyə hazırdır.

“TV1” xəbər verir ki, bu barədə AMB İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında deyib.

“Bu “Yol Xəritəsi”nə taksonomiyanın yaradılması, “yaşıl” kreditlər, istiqrazlar üçün tənzimləmənin yaradılması daxildir. “Yaşıl” kreditlər və istiqrazlar üzrə iş 2024-cü ilin sentyabr-oktyabr aylarında başa çatacaq. Dayanıqlı inkişaf – AMB-nin işinin əsas prioritet istiqamətlərindən biridir”, – deyə o, qeyd edib.

AMB-nin baş direktoru Şahin Mahmudzadənin sözlərinə görə, Azərbaycan COP29-da dünyanın bir çox ölkəsini birləşdirəcək “yaşıl” əməliyyatlar üzrə öz taksonomiya layihəsini təqdim etməyi planlaşdırır.

“Hazırda dünyanın 50-yə yaxın ölkəsi “yaşıl” istiqrazlar və kreditlərlə bağlı taksonomiyaya malikdir, lakin bu taksonomiayalar arasında əlaqələr yoxdur, onlar milli xarakter daşıyır. Ona görə də bizdə ideya yaranıb ki, Azərbaycan bütün ölkələri birləşdirən taksonomiya prinsiplərinin inkişafının təşəbbüsçüsü kimi çıxış etməlidir. Hazırda biz bu istiqamətdə “International Platform on Sustainable Finance” (IPSF) və “Sustainable banking & finance network” (SBFN) kimi iki beynəlxalq institutla çalışırıq. Biz bu taksonomiyanı COP29-da təqdim etməyi planlaşdırırıq”, – Ş.Mahmudzadə vurğulayıb. /trend/

media-ads_728_90
Paylaş