media-1200x100

Pakistanda silahlı hücum nəticəsində ölənlərin sayı 39-a çatıb

media-ads_728_90

Pakistanın cənub-qərbində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində 39 nəfər ölüb.

“TV1” xəbər verir ki, bu barədə “Frans Press” agentliyi ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, hücumu “Bəlucistan Azadlıq Ordusu” qruplaşmasının radikalları həyata keçirib.

Qeyd edək ki, avqustun 26-da səhər saatlarında silahlı şəxslər magistral yolu bağlayıb, sərnişinləri avtobus və yük maşınlarından düşürüblər. Silahlılar 10-a yaxın avtomobili yandırıblar. Hadisə yerinə polis və xüsusi xidmət orqanlarının əməkdaşları cəlb edilib.

media-ads_728_90
Paylaş