Pekində Azərbaycan Prezidenti İlham Əliyevin masasındakı "İstisu" - FOTO 

media-ads_728_90

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib.

“TV1” xəbər verir ki, müsahibə zamanı Prezident İlham Əliyevin masasına qoyulan su və armudu stəkanda çay diqqət çəkib.

Masanın üzərinə Kəlbəcərin “İstisu”yu, bütöv bir limon və armudu stəkanda çay qoyulub. Bunlar Azərbaycanın milli atributlarıdır. Bu isə azad olunmuş ərazilərin investisiya potensialının marketinqi, eyni zamanda, ərazilərimizin işğaldan azad olunması mesajının verilməsi baxımından maraqlıdır.

 

media-ads_728_90
Paylaş