Pentaqon rəhbəri israilli həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə edib
ABŞ və İsrailin müdafiə nazirləri Lloyd Ostin və Yoav Qallant arasında telefon danışığı zamanı bölgədə vəziyyət geniş müzakirə olunub.
“TV1” xəbər verir ki, bu barədə “The Times of Israel” İsrailin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilir ki, tərəflərin diqqət mərkəzində regional vəziyyət, eləcə də hər iki ölkənin hərbi strukturları arasında operativ informasiya mübadiləsi yolları nəzərdən keçirilib.
Söhbət zamanı həmkarlar Qəzzada HAMAS tərəfindən saxlanılan girovların azadlığa buraxılması məsələsinə də toxunublar.
Y.Qallant həmkarını münaqişə ətrafında mövcud vəziyyətdən agah edib. O bildirib ki, ölkəsi regionda münaqişəyə son qoyacaq yekun razılaşmanın əldə olunmasında maraqlıdır.