media-1200x100

Peskov: “Kursk AES-də nüvə təhlükəsinin artmasında Ukrayna günahkardır”

media-ads_728_90

“Kursk AES-də nüvə təhlükəsinin artmasında Ukrayna tərəfinin günahı daha aydın görünür”.

“TV1” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov AEBA rəhbərinin Kursk AES-ə səfərini şərh edərkən deyib.

O bildirib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi ilə ötən gün baş tutan təmasların qiymətini dünən “Rosatom” rəhbəri verib.

“O, mövqeyini təfərrüatlı şəkildə ortaya qoyub. Qrossi stansiyaya PUA zərbələrinin nəticələrini gördüyünü, davam edən potensial təhlükəni qiymətləndirdiyini söyləyib. Məlum səbəblərə görə, AEBA məsuliyyət daşıyanları elan etmək səlahiyyətinin olmamasına istinad edir. Nüvə təhlükəsinin artmasında Ukrayna tərəfinin günahı burada daha aydın görünür”, – deyə Kreml rəsmisi vurğulayıb.

media-ads_728_90
Paylaş