media-1200x100

Putin Volqoqrad istintaq təcridxanasındakı vəziyyətlə bağlı TŞ-nin iclasını çağırıb

media-ads_728_90

Rusiya prezidenti Vladimir Putin Volqoqrad istintaq təcridxanasındakı vəziyyətlə bağlı TŞ-nin iclasını çağırıb.

“TV1” xəbər verir ki, Federal Penitensiar Xidmətin rəhbəri Putinə 19 saylı Volqoqrad koloniyasındakı vəziyyətlə bağlı məruzə edib.

RF Prezidenti Daxili İşlər Nazirliyinin, Rusiya Milli Qvardiyasının rəhbərlərinin və digər təhlükəsizlik rəsmilərinin Volqoqrad koloniyasındakı vəziyyətlə bağlı məruzələrini dinləyib.

Qeyd edək ki, Rusiyanın Volqoqrad vilayətində radikal islamçılar tərəfindən istintaq təcridxanasında insident törədilib. Özlərini İŞİD üzvü kimi təqdim edən bir neçə məhbusun penitensiar xidmətin üç əməkdaşını öldürdüyü, bir neçəsini isə giröv götürdüyü bildirilir.

media-ads_728_90
Paylaş