media-1200x100

Rusiyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər

media-ads_728_90

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar cəzaçəkmə müəssisəsinin əməkdaşlarını girov götürüblər.

“TV1”  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumatda qeyd olunur ki, insident Volqoqrad vilayətindəki ciddi rejimli islah koloniyasında baş verib.

Rusiya Cəzaların İcrası Federal Xidmətindən bildirilib ki, cəzaçəkmə müəssisəsinin intizam komissiyasının iclasında işçilər bir neçə məhbus tərəfindən girov götürülüb.

Bəzi Rusiya KİV-in məlumatına görə, üç nəfər ölüb, ən azı iki nəfər qaça bilib.

media-ads_728_90
Paylaş