Rusiyaya məxsus PUA Polşanın hava məkanını pozub
Rusiyanın Ukraynaya hava zərbələri zamanı Polşanın hava məkanı pozulub.
“TV1” xəbər verir ki, bu barədə Polşa ordusunun açıqlamasında bildirilib.
Qeyd olunub ki, Rusiyanın Ukraynaya endirdiyi ölümcül zərbələrdən sonra Polşanın hava məkanı pilotsuz uçuş aparatı (PUA) tərəfindən pozulub. /apa/