‘’Sabah’’ ın çempionluğu rəsmiləşib.
Misli Premyer Liqasında mövsümün çempionu ‘’Sabah’’dır.
‘’TV1’’ xəbər verir ki, ’’Neftçi’’ nin ‘’Qarabağ’’ üzərində 2:1 hesablı qələbəsindən sonra ‘’Sabah’’ ın çempionluğu rəsmiləşib.
’’Palms Sports Arena’’ da baş tutan görüşdə ilk qolun müəllifi 55-ci dəqiqədə Emil Səfərov olub.
85-ci dəqiqədə Elvin Bədəlovun avtoqolu ilə hesab bərabərləşib.
Meydan sahiblərinin 2-ci qolunun müəllifi 90+2 ci dəqiqədə Bassala Sambu olub.
Qeyd edək ki, ‘’Sabah’’ hazırda 72 xalla turnir cədvəlində liderdir. ‘’Qarabağ’’ 59 xalla 2-ci, ‘’Turan Tovuz’’ 56 xalla 3-cü pillədə qərarlaşıb. ‘’Neftçi’’ isə 47 xalla 4-cü yerə sahiblik edir.








