Hikmət Hacıyev: Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb

media-ads_728_90

2023-cü il müharibəsindən sonra Azərbaycan hökuməti və Prezident İlham Əliyev strateji uzaqgörənlik və siyasi öhdəliyini nümayiş etdirdi, Ermənistanla ilk növbədə sülh sazişinin imzalanması təşəbbüsü ilə çıxış etdi. Azərbaycan xalqı üçün bu asan bir qərar deyil. Sadəcə, özünüzü ölkəsi 30 il işğal altında qalmış, bütün mədəni və dini irsi illər boyu işğal olunmuş ərazilərdə dağıdılmış Azərbaycan xalqının yerində təsəvvür edin.

“TV1” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.

O bildirib ki, məhz müharibədən dərhal sonra sülh gündəliyini irəli sürmək, həqiqətən də böyük fədakarlıq tələb edir. Lakin Azərbaycan hökuməti və Prezident İlham Əliyev bu təşəbbüsü nümayiş etdirdilər. “Biz burada məhz əbədi sülhün bərqərar olması və müharibənin dayandırılması üçün vacib addım atdıq. Burada müqavimət göstərən və dezinformasiya yayan qarşı tərəf idi. Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb”, – deyə Hikmət Hacıyev əlavə edib.

media-ads_728_90
Paylaş