Hikmət Hacıyev: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq

media-ads_728_90

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa bir töhfədir.

“TV1” xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiya zamanı deyib.

O bildirib ki, mədəniyyətlər və sivilizasiyalararası dialoq hər zamankından daha çox lazımdır. Lakin biz təkcə sivilizasiyalararası dialoqdan danışmamalıyıq. Sivilizasiyaların öz daxilində də dialoqa ehtiyac var. Bu baxımdan, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu daha geniş müzakirə üçün növbəti platforma rolunu oynayacaq.

 

 

media-ads_728_90
Paylaş