Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçisi finalda

media-ads_728_90

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında finala vəsiqə qazanıb.

“TV1” xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini xalların (2:2) keyfiyyətinə görə məğlub edib. O, sabah qızıl medal uğrunda görüşdə yarışacaq.

Yarımfinalda uduzan digər təmsilçimiz Həsrət Cəfərov isə bürünc medal qarşılaşmasına çıxacaq.

Qeyd edək ki, dünya çempionatına noyabrın 1-də yekun vurulacaq.

media-ads_728_90
Paylaş