Sürücülərin NƏZƏRİNƏ: Bu küçədə hərəkət məhdudlaşdırılacaq
24 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Ramiz Quliyev küçəsinə qədər olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
“TV1” xəbər verir ki, bu barədə AAYDA-nın məlumatında bildirilir.
Məlumatda qeyd olunur ki, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.