“Tesla” insanabənzər robotlardan istifadə etməyə başlayacaq
Amerikanın “Tesla” avtomobil istehsalçısı 2025-ci ildə insanabənzər robotlardan istifadə etməyə başlayacaq. Şirkət 2026-cı ildən həmin robotların satış üçün kütləvi istehsalını təşkil edəcək.
“TV1” xəbər verir ki, bu barədə şirkətin rəhbəri İlon Mask bu barədə sosial media hesabında yazıb.
Bir neçə ildir belə robotlar üzərində şalısan “Tesla” onların ağır tapşırıqları yerinə yetirə biləcəyini, eləcə də işçi qüvvəsi çatışmazlığını aradan qaldıracağını və istehsalın səmərəliliyini artıracağını düşünür.
Mart ayında İlon Mask “Optimus” adlı insanabənzər robotların fabrikdə hərəkət etməsinin və sadə tapşırıqları yerinə yetirməsinin əks olunduğu videoları yayımlayıb. “Optimus”un “Tesla” fabriklərində fəaliyyət göstərəcəyini elan edən milyarder onların birinin 20 min dollara satışa çıxarılacağını bildirib.