media-1200x100

Tramp: “Harrislə debata çıxmaq mənasızdır”

media-ads_728_90

“Demokratlar Partiyasından olan rəqibim Kamala Harrislə ABC News telekanalında debatda iştirak etməkdə heç bir məna görmürəm”.

“TV1” xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp sosial media hesabında yazıb.

O qeyd edib ki, bu kanalda debata çıxmaq mənasızdır.

“Çünki efirə “Trampa nifrət edənlər” qrupu yığışacaq. Harris bəzi digər media orqanlarında, xüsusən də Fox News, NBC, CBS və CNN kimi telekanallarda debata çıxmaqdan boyun qaçırır”, – deyə Tramp əlavə edib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

media-ads_728_90
Paylaş