media-1200x100

Ukrayna ordusu Kurska hücum edib – 31 ölü

media-ads_728_90

Ukrayna ordusunun Kurska hücumu başladıqdan bu yana 31 nəfər ölüb, 143 nəfər yaralanıb.

“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli Səhiyyə Xidməti məlumat yayıb.

Yaralananlardan 79-u xəstəxanaya yerləşdirilib, onlardan 4-ü uşaqdır.

Qeyd edək ki, bir qədər əvvəl həmin hadisələr zamanı 17 nəfərin həlak olduğu, 140-dan çoxunun xəsarət aldığı bildirilmişdi. Həmin vaxt xəstəxanaya çatdırılanların sayının isə 75 nəfər olduğu açıqlanıb.

media-ads_728_90
Paylaş