Serbiya Prezidentinin təyyarəsi Bakıya məcburi eniş edib

media-ads_728_90

Serbiya Prezidenti Aleksandr Vuçiçin Qələbə Günü bayramında iştirak etmək üçün Moskvaya uçduğu təyyarə hazırda Bakıdadır.

“TV1” xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, A.Vuçiçin təyyarəsi Rusiyanın hava məkanının bağlanması səbəbindən Moskvaya uça bilməyib.

Hazırda təyyarə Rusiyaya uçuşun davam etdirilməsi üçün icazə gözləyir.

Qeyd edək ki, daha əvvəl AZAL-ın Bakıdan Moskvaya uçan təyyarələrinin hava məkanının bağlı olması səbəbindən gecikdiyi barədə məlumat verilmişdi.

media-ads_728_90
Paylaş