Xankəndidə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktiki konfrans keçirilir
Xankəndi şəhərində Prezident Kitabxanası və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi: Azərbaycan Konstitusiyası və suverenliyimizin bərpası” adlı elmi-praktik konfrans keçirilir.
“TV1” müxbiri xəbər verir ki, konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.