Xocalıda kütləvi məzarlıq tapılıb - Dövlət Komissiyası

media-ads_728_90

“Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb”.

“TV1” xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, aprel ayında aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb:

“Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”. /report/

media-ads_728_90
Paylaş