media-1200x100

123 nömrəli məktəbin hasarının bir hissəsi uçub, tədris dayandırılıb - RƏSMİ

media-ads_728_90

Davamlı yağışlar nəticəsində gecə saatlarında 123 nömrəli tam orta məktəbin həyətyanı ərazisini əhatə edən hasarın bir hissəsi uçub.

“TV1” xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, məsələ ilə bağlı dərhal müvafiq qurumlara müraciət edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində operativ tədbirlər həyata keçirilir.

Oktyabrın 22-də məktəbdə tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

media-ads_728_90
Paylaş