150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq - Məleykə Abbaszadə
150–200 bal toplayan abituriyentlər I və II ixtisas qruplarında daha geniş seçim imkanına malik olacaqlar.
“TV1” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ötən il I ixtisas qrupunda 150 balla qəbul aparılan 11 ixtisas var idi:
“Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK (Riyaziyyat İnformatika) altqrupuna aid idi. Bu il həmin siyahı genişləndirilir. Rİ altqrupuna aid daha iki ixtisas – Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları siyahıya əlavə edilir. Beləliklə, Rİ altqrupunda 150–200 bal toplayan abituriyentlər də bu ixtisasları seçə biləcəklər. II ixtisas qrupunda da təxminən 7 yeni ixtisas 150 ballıq ixtisaslar siyahısına əlavə olunub. 150–200 bal toplayan abituriyentlər I və II ixtisas qruplarında daha geniş seçim imkanına malik olacaqlar”.
DİM sədri vurğulayıb ki, III və IV ixtisas qruplarında isə hər hansı dəyişiklik yoxdur:
“Keçən il qüvvədə olan siyahı bu il də saxlanılıb və əlavə edilməyib. Düşünürəm ki, bu yenilik I və II ixtisas qrupunun abituriyentləri üçün kifayət qədər sevindirici xəbərdir”.







