Krımda yanacağın satışı dayandırılıb - VİDEO

media-ads_728_90

Krımda yanacağın satışı dayandırılıb.

“TV1” xəbər verir ki, bu barədə Rusiya tərəfindən ilhaq olunmuş Krımın rəhbəri Sergey Aksenov bildirib.

O qeyd edib ki, Krımda sakinlərə və müəssisələrə yanacağın satışı dayandırılıb.

S.Akenovun sözlərinə görə, artıq benzin və dizel yanacağı ayrı-ayrı şəxslərə və şirkətlərə satılmır, yanacaq talonları da qüvvədən düşür.

İctimai nəqliyyat, fövqəladə hallar xidmətləri və yarımadanın fəaliyyətini təmin edən digər strukturlar üçün istisna təşkil edilib.

Eyni zamanda, sosial şəbəkələrdə yerli sakinlər iddia edirlər ki, yarımadadakı hərbi obyektlər həmişəki kimi yanacaq almağa davam edir.

media-ads_728_90
Paylaş