54 illik fasilədən sonra Aya ilk uçuş - NASA-nın missiyası
54 illik fasilədən sonra ilk dəfə NASA-nın “Artemis 2” missiyası Aya yola düşüb.
“TV1” xəbər verir ki, dörd astronavt Kennedi Kosmik Mərkəzindən “Orion” kosmik gəmisi ilə missiyaya başayıblar.
Ongünlük missiyada NASA astronavtları Reyd Vaysmen, Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen iştirak edirlər.
Onlar 10 günlük missiya çərçivəsində Ay ətrafında uçuş aparacaq, “Orion” gəmisinin sistemlərini kosmos şəraitində sınaqdan keçirəcək və Yerə qayıdacaqlar.
Qeyd olunur ki, “Artemis 2” missiyası “Artemis” Ay proqramı çərçivəsində ilk pilotlu missiya və son onilliklərdə insanların Ay ətrafında ilk uçuşu olacaq.








