8 ölkə lideri Azərbaycanda toplanacaq - TDT ZİRVƏSİ

media-ads_728_90

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü bu il oktyabrın 7-də Azərbaycanın Qəbələ şəhərində “Regional sülh və təhlükəsizlik” mövzusu çərçivəsində keçiriləcək.

“TV1” xəbər verir ki, zirvə görüşü TDT-nin üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçılarını, eləcə də onların nümayəndə heyətlərini bir araya gətirəcək.

Toplantı bölgədə, eləcə də beynəlxalq miqyasda aktual məsələləri müzakirə etməyə, əməkdaşlığı gücləndirməyə, o cümlədən Türk dünyasında birliyi, sülhü və rifahı daha da irəli aparmaq məqsədilə mühüm sənədləri qəbul etməyə imkan yaradacaq.

Rəsmi proqram çərçivəsində Dövlət Başçıları Şurasının iclasından əvvəl TDT-nin Xarici İşlər Nazirləri Şurasının da görüşü keçiriləcək. Azərbaycanın tarixi Qəbələ şəhərində baş tutacaq bu əlamətdar tədbir tarix və müasirliyin vəhdətini simvollaşdırır, Türk dövlətləri arasında dostluq, həmrəylik və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üzrə TDT-nin ümumi baxışını əks etdirir.

Xatırladaq ki, bu ilin may ayında Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

media-ads_728_90
Paylaş