ABŞ-də təyyarə qəzası - Ölənlər var
ABŞ-nin Arizona ştatının Marana şəhərində iki nəfərin ölümü ilə nəticələnən təyyarə qəzası baş verib.
“TV1” xəbər verir ki, ilkin məlumata görə, hadisə təyyarənin eniş zamanı uçuş-eniş zolağından çıxması nəticəsində baş verib.
Hadisədən sonra aeroport ərazisində kiçik yanğın meydana gəlib.
Digər təfərrüatlar açıqlanmayıb.








