ABŞ ilə İran arasında anlaşma memorandumu imzalanıb
İranla anlaşma memorandumunu ABŞ tərəfindən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, Tehran adından isə bu ölkənin parlamentinin sədri Məhəmmədbaqer Qalibaf imzalayıb.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi yüksək vəzifəli amerikalı məmura istinadən məlumat yayıb.
Bildirilir ki, Tehran və Vaşinqton arasında hərbi əməliyyatlara son qoymaq barədə razılaşmanı ABŞ prezidenti Donald Tramp, ABŞ vitse-prezidenti Cey Di Vens və İran Məclisinin (birpalatalı parlament) sədri Məhəmməd Baqer Qalibaf imzalayıblar. Ehtimal edilir ki, söhbət sənədin elektron imzalanmasından gedir.
M.Qalibaf “X” sosial şəbəkə hesabında yazıb ki, İran yekun qələbəyə doğru böyük bir addım atıb: “Biz möhkəm dayanmışıq və Allahın köməyi ilə qələbə qazanacağıq”.
İran Prezidenti Məsud Pezeşkian isə bildirib ki, danışıqlar heyəti heç bir halda rəhbərlik tərəfindən müəyyən edilmiş siyasətdən geri çəkilməyəcək: “Bütün fəaliyyətlər milli maraqlar və sistem tərəfindən müəyyənləşdirilən xətlər çərçivəsində həyata keçiriləcək”.








