ABŞ Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü ANAMA-da olub
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin Nümayəndələr Palatasının respublikaçı üzvü Abraham Camal Hamadenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
“TV1” xəbər verir ki, bu barədə ANAMA-nın məlumatında bildirilir.
Qeyd olunur ki, görüş zamanı agentliyin fəaliyyət istiqamətləri, ölkəmizin üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə nümayəndə heyətinə ətraflı məlumat verilib.
Görüşdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.








